TARİXİ QAYIDIŞ » Memur.az

TARİXİ QAYIDIŞ

TARİXİ QAYIDIŞ
























Ümumilli lider Heydər Əliyevin rəhbərliyi altmda hazırlanan və 1995-ci il noyabrın 12 - də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni üçdələrinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Keçmiş sovet konistitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etdi. Konistitusiya bu deklorativ norma ilə kifayətlənməyərək başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə bir vəzifə olaraq qoydu. Əsas qanunda bütün növ insan hüquqları, istirahət, sosial təminat, mənzil toxunulmazlığı, təhlükəsiz yaşamaq, tətil, təhsil, milli mənsubiyyət hüquqları, vicdan azadlığı, fikir və söz azadlığı, sərbəst toplaşmaq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirak etmək hüququ və s. aydın təsbit edildi. Azərbaycan Respublikasının Konstitusiyası hər şeydən əvvəl, insan hüquqları və azadlıqlarının hüquq və azadlıqların universallığı, hüquq və azadlıqların toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı, insan hüquqları və azadlıqlarına dair beynəlxalq hüquq normalarının üstünlüyü, hüquq və azadlıqlarının təminatlılğı və hüquq və azadlıqların birbaşa qüvvəsi kimi əsas pirinsiplərini müəyyən edir. Belə ki, Konstitusiyanın 24-cü maddəsində yazılıb ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın bu müddəası insan və vətəndaş hüquqları və azadlıqlarının iki mühüm xüsusiyyətini ifadə edir. Birincisi, hüquq və azadlıqlar universal xarakter daşıyır, cəmiyyətin və dövlətin siyasi sistemindən, sosial-iqtisadi durumundan, dövlətçiliyin tarixi inkişaf xüsusiyyətlərindən asılı deyil.

Alim Şıxəliyev
“Əhmədli” klinikasınının Baş həkim