Güclü külək Gəncəni işıqsız qoydu » Memur.az

Güclü külək Gəncəni işıqsız qoydu

Güclü külək Gəncəni işıqsız qoyduGüclü külək səbəbi ilə Gəncənin bəzi qəsəbələrində işıqlar sönüb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, Poçt və Gülüstan qəsəbələrində onlarla yaşayış binasının işıqları sönüb. Buna səbəb küləyin aşırdığı ağacların elektrik xətlərini və dirəklərini zədələməsi olub.

Təxminən 2 saat ərzində elektrik enerjizinin verilişi dayandırılıb. Hazırda əlaqədar qurumlar yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparır.