Prezident qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramını təsdiqlədi » Memur.az

Prezident qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramını təsdiqlədi

Prezident qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramını təsdiqlədiPrezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Qida Təhlükəsizliyi Agentliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək; həmin Dövlət Proqramında qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etmək; Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyələşməni təmin etmək tapşırılıb.