Ərdoğanın partiyası İstanbulda seçkilərin yenidən keçirilməsini istəyir » Memur.az

Ərdoğanın partiyası İstanbulda seçkilərin yenidən keçirilməsini istəyir

Ərdoğanın partiyası İstanbulda seçkilərin yenidən keçirilməsini istəyir“Seçkilərin nəticələrini çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik”.

İstanbulda Bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyirik. TASS xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ali İhsan Yavuz 31 mart seçkilərinin nəticələri və etiraz ərizələri ilə bağlı açıqlamalar verərkən bildirib.

Yavuz eyni zamanda qeyd edib ki, İstanbulda araşdırılan 13 rayonda 5 min şəxsin adı seçki siyahısından kənarda olub.

“Fövqəladə etiraz haqqımızdan istifadə edəcəyik. Seçkilərin nəticələrinə çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik”.

İstanbuldan bələdiyyə seçkilərinə namizədliyini vermiş Əkrəm İmamoğlu hakim partiyanın namizədi Binəli Yıldırımı 14 min səslə üstələdikdən sonra hakim partiya seçkilərdə saxtakarlıq edildiyini bildirib.

Qeyd edək ki, Ərdoğan seçkilərdən öncə növbəti seçkilərin yalnız 2023-cü ildə keçiriləcəyini bəyan etmişdi.