Taksi sürücüsü özünü yandırdı » Memur.az

Taksi sürücüsü özünü yandırdı

 Taksi sürücüsü özünü yandırdı

Bu gün metronun 20 Yanvar stansiyası yaxınlığında özünü yandıraraq intihara cəhd edən sürücü ilə bağlı məsələyə Nəqliyyat Nazirliyi aydınlıq gətirib. Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı idarəsinin rəis müavini Əmrah Cəfərov Lent.az- a bildirib ki, intihara cəhd edən Arzuman Hümbətov qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olurmuş: “Texniki cəhətdən nasaz olan, heç bir fərqlənmə nişanı olmadan Köhnə “Ford” markalı maşını idarə edir. O, Sumqayıt – Bakı istiqamətində qanunsuz taksi fəaliyyəti ilə məşğul olub. Həmin şəxsə nəqliyyat müfəttişləri tərəfindən bir neçə dəfə xəbərdarlıq olunub ki, bu cür qanunsuz şəkildə işləmək olmaz. Onun səhhətində də problem var və sürücü kimi fəaliyyət göstərmək hüququ yoxdur. Hadisəyə gəlincə isə müfəttişlər ona müraciət ediblər ki, sənədləri təqdim etsin. Amma o sənədi gətirən zaman əvvəlcədən planlaşdırdığı kimi, yanacağı üzərinə töküb və müfəttişlərə yaxınlaşıb. Müfəttişlər onun sənəd gətirdiyini zənn ediblər, lakin o, alışqanla özünü yandırıb. Bundan sonra müfəttişlər və orda olan insanlar tərəfindən yanğının qarşısının alınması üçün ona kömək edilib. Bu məqamda Elnur adında müfəttiş də, sürücüdə yüngül orta yanğın xəsarəti ilə xəstəxanada yerləşdirilib. Qeyd edim ki, Yasamal Polis İdarəsində hadisə qeydə alınıb, hal-hazırda izahat işləri gedir. Yəqin ki, hüquq-mühafizə orqanları baş vermiş hadisəyə qiymət verəcəklər”.




*****


18:11


Bakıda intihara cəhd hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “20 Yanvar” dairəsinin yaxınlığında qeydə alınıb.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov üzərinə benzin tökərək özünü yandırıb.

Hümbətov yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, A. Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır.


*****

17:59

Bu gün axşam saatlarında Bakının Yasamal rayonu ərazisində, 20 yanvar dairəsində intihar cəhd qeydə alınıb.

Lent.az-ın məlumatına görə, bu dəqiqələrdə sözügedən ərazidə nəqliyyat müfəttişləri ilə mübahisə edən taksi sürücüsü üzərinə benzin tökərək özünü yandırıb.
Xəsarət alan sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.