Azərbaycan neftinin qiyməti 64 dollara çatıb » Memur.az

Azərbaycan neftinin qiyməti 64 dollara çatıb

Azərbaycan neftinin qiyməti 64 dollara çatıbNeftin qiyməti həftəyə bahalaşma ilə başlayıb və bu tendensiya davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,28 dollar və yaxud 0,42% artaraq, 63,98 dollar olub.

“Brent” nefti də bahalaşır və bu gün Bakı vaxtilə saat 11:30-da birjalarda satış qiyməti 0.15 dollar qalxaraq 62.66 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.