“Azeri Light” bahalaşıb » Memur.az

“Azeri Light” bahalaşıb

“Azeri Light” bahalaşıbAzərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,41 dollar və yaxud 2,29% artıb.

Oxu.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli hərraclarda 62,89 dollara satılıb.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.