Azərbaycan əhalisinin gəlirləri 9%-dən çox artıb » Memur.az

Azərbaycan əhalisinin gəlirləri 9%-dən çox artıb

Azərbaycan əhalisinin gəlirləri 9%-dən çox artıb2018-ci ildə Azərbaycan əhalisinin gəlirləri 2017-ci ilə nisbətən nominal ifadədə 9,2% artaraq 53 688,6 mln. manata çatıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər illik müqayisədə 8,2% artaraq 5 467,4 manat və yaxud ayda orta hesabla 455,6 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 49 595,5 mln. manat vəsait qalıb.