Mixail Qusman: İlham Əliyev ölkənin “qurucusu” adına layiqdir » Memur.az

Mixail Qusman: İlham Əliyev ölkənin “qurucusu” adına layiqdir

Mixail Qusman: İlham Əliyev ölkənin “qurucusu” adına layiqdirMüasir Azərbaycanın uğurları heyranedicidir.

Oxu.Az bildirir ki, bunu TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman deyib.

Onun sözlərinə görə, respublika üçün ötən ilin ən mühüm hadisəsi Azərbaycan xalqının yenidən böyük etimad göstərərək ölkə başçısı vəzifəsinə İlham Əliyevi seçdiyi prezident seçkiləri olub.“İlham Əliyevə səs verən vətəndaşlar ölkənin hazırkı liderinin rəhbərlik etdiyi dövrdə baş verən dəyişikliklərin faydalı olduğuna şəxsən əmin olmuş insanlardır”, - deyə o bildirib.

“İlham Əliyev, onun dahi atasının, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin inanılmaz siyasi təşəbbüsü və ağlasığmaz iradəsi sayəsində uçurumdan, dağılmaqdan xilas etdiyi ölkəyə rəhbərlik etdi”, - deyə TASS baş direktorunun birinci müavini vurğulayıb.

M.Qusman qeyd edib ki, əgər H.Əliyevi müasir Azərbaycanın “xilasedicisi” adlandırmaq olarsa, İ.Əliyev də ölkənin “qurucusu” adına layiqdir.

O, Azərbaycan liderinin müəyyən etdiyi ölkənin strateji inkişaf planlarının həyata keçirilməsi istiqamətində Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyini də qeyd edib.

“İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gələcəyi mənə olduqca sevincli və tərəqqili görünür”, - deyə M.Qusman fikrini tamamlayıb.