Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib » Memur.az

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

Prezident İlham Əliyev polşalı həmkarı Bronislav Komorovskini Konstitusiya günü münasibətilə təbrik edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan ilə Polşa arasındakı münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim sülh və tərəqqi arzulayıram”.