Nazim İbrahimovun qardaşına qarşı mülki iddia qaldırılıb » Memur.az

Nazim İbrahimovun qardaşına qarşı mülki iddia qaldırılıb

Nazim İbrahimovun qardaşına qarşı mülki iddia qaldırılıbDiasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov mülki iddia qaldırıb.

O, E.Allahverdiyevə 162 min 400 dollar maddi ziyanın və 50 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib. Məhkəmə mülki iddianı icraata götürüb. Sonra cinayət işi məhkəmə baxışına verilib.

Baxış iclası dekabrın 5-nə təyin olunub.