DİM sədri: İşimizlə əlaqədar şikayətlər alırıq » Memur.az

DİM sədri: İşimizlə əlaqədar şikayətlər alırıq

DİM sədri: İşimizlə əlaqədar şikayətlər alırıqBiz öz işimizlə əlaqədar ictimaiyyətdən şikayətlər də alırıq.

Oxu.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi üzərinə düşən missiyanın səmərəliliyini təmin etmək üçün proses iştirakçıları ilə sağlam əlaqə yaradır:

“Bu prosesdə müəllimlərin də müstəsna rolu var. Hesab edirik ki, prosedurların şagird və valideynlərə izah olunması, nəticələrin düzgün təqdim olunmasında, uşaqların zəif və güclü cəhətlərinin müəyyən olunmasında müəllimlərin yaxından iştirakı vacibdir.

Biz öz işimizlə əlaqədar ictimaiyyətdən də çox olmasa da, şikayətlər də alırıq. Ancaq biz o şikayətləri əks əlaqə kimi qəbul edirik”.

Sədr bildirib ki, builki imtahan kampaniyası ərzində DİM-ə 2417 yazılı müraciət daxil olub:

“Bu da iştirakçıların sayının 0.3 faizini təşkil edir. Bu cür əks əlaqələr prosesin daha da təkmilləşməsinə kömək edir. Lakin onu da qeyd edim ki, biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq.

Təəssüf ki, bəzən müəllim adını daşıyan bəzi şəxslər də bu tipli proseslərdə iştirak edir. Təbii ki, biz bu cür halların qarşısını alırıq və belə əməllərə hüquqi qiymət verilməsini təmin edirik”.