Tarix : 27-11-2018, 22:58 | Bölmə: siyaset, bolge

Budur ulu öndərimizin qeyd etdiyi kimi əsl azərbaycanlılıq!! - Məhərrəm Quliyev

Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublika ərazisinin 1,74 hissəsini təşkil edən Ağstafa rayonun sahəsi 1504 km2 –dir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir.

Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir.

Bakı-Tibilisi dəmiryolu, Bakı-Tibilisi-Ceyhan neft kəməri,Bakı-Tibilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir.

Rayon Gürcüstan və Ermənistan respublikaları ilə həmsərhəddir.Bu baxımdan rayonun sosial-iqtisadi mədəni inkişafı, infrastrukturun yaxşılaşdırılması, əhalinin rifah halının yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edən dövlət siaysətidir.

Rayona Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 01-07 tarixli sərəncamı ilə Məhərrəm Quliyev başçılıq edir. Yüksək iş təcrübəsinə malik səriştəli başçının gəlişi yeni abu-hava gətirib. Rayon öz simasını başdan-başa dəyişib.

Hər yerdə hər addımbaşı səliqə sahmandır. Abadlıq, tikinti-quruculuq göz oxşamaqdadır. Ətraf mühitin qorunması, yaşıllaşdırma və ağacəkmə geniş vüsət alıb. Şəhərin və rayon ərazisinin təmizliyi ən öndə məsələlərdən biridir. Bu məqsədlə mütəmadi olaraq iməcliklər təşkil olunur, prospekt və küçələr, avtomobil yolunun kənarları, su arxları təmizlənir, yaşıllıqlara qulluq göstərilir.

Cənab prezidentin 2014-2018-ci illər Ağstafa rayonunun sosial-iqtisadi inkişaf planına uyğun olaraq qəsəbə və kəndlərdə yollar əsaslı təmir olunur, xırlanma işləri aparılır.

Kəndlərin mavi yanacaqla tam təmin edilməsi üçün layihələr həyata keçirilir.

Məhərrəm müəllim gözəl bir ənənəyə də imza atmışdır. Belə ki rayonun ayrı-ayrı qəsəbə və kəndlərində səyyar qəbul görüşlər təşkil olunur, İH başçısı vətəndaşlarla şəxsən görüşür, onları narahat edən problem və çətinliklərlə tanış olur,məsələrin yerindəcə həllinə qərar verir.

Əhalinin məşğulluğunun artırılması, sosial-müdafiəsinin yaxşılaşdırılması rayon rəhbərliyinin qarşısında duran ən mühüm məqsədlərdəndir.

Rayonda hal-hazırda tikinti-quruculuq, təmir bərpa işləri yüksək sürətlə davam etdirilir.

Məlumdur ki, insanların sağlamlığı keşiyində durmaq üçün müasir standartlara cavab verən, yüksək texniki avadanlıqlarla təchiz olunmuş xəstəxana və tibb mərkəzlərinin olması vacibdir. Bu yöndə rayonda işlər davam etdirilir. Mərkəzi xəstəxanın Fİzioterapiya və Bərpa mərkəzində yenidənqurma, doğum şöbəsində əsaslı təmir başa çatıb.

Səhiyyə Nazirliyi tərəfindən rayonda səhiyyənin vəziyyəti qənaətbəxş qiymətləndirilmiş, dəfələrlə müsbət fikir yürüdülmüşdür.

Həmçinin rayonda tikintisi başa çatdırılan və sakinlərin istifadəsinə verilən Heydər Əliyev mərkəzi, Gənclər mərkəzi, YAP binası, “Ağstafa Aqroservis”, Peyntboll və Atıcılıq mərkəzi, 88 mənzilli yaşayış kompleksi Ağstafa-Poylu-Sadıxlı-Gürcüstan sərhəd avtomobil yolu, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra açılışı rayonda gedən quruculuq işlərinin bariz nümunələridir.

O cümlədən sakinlərin və gələn qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün əyləncə və istirahət parkları salınmışdır. Ulu öndərin adını daşıyan park, ölməz şairimiz Səməd Vurğun adına park, Mehdi Mustafayev parkı şəhərin gözəlliyinə yeni bir gözəllik qatır.

Parklaradan danışmışkən Ağstafaya xüsusi gözəllik gətirən Azərbaycanda analıqı olmayan Azərbaycan parkından danışmamaq qəbahət olar. Ərazisi 2.5 hektarı əhatə edən keçmişlə gələcəyin vəhdət təşkil etdiyi bu park insanın qəlbini qürur hissi ilə doldurur. Burda Azərbaycan xəritəsi bütün gözəlliyi və əsrarəngliyi ilə göz önündə canlanır. Mavi gözlü Xəzərimiz, çay və göllərimiz, qədim tarixi abidələrimiz, müqəddəs ziyarətgahlarımız, memarlıq və arxitektura baxımından göz oxşayan müasir tikililərimiz kiçik maketlərdə öz əksini tapır.

Əhsən bu gözəlliyi yaradanlara!!!

Budur vətənpərvərlik!!

Budur ulu öndərimizin qeyd etdiyi kimi əsl azərbaycanlılıq!!

Rayonda təhsilə də xüsusi qayğı və diqqət vardır. Hər yeni dərs ilində yeni məktəblər açılır, uşaq baxçaları, körpələr evi körpə fidanların istifadəsinə verilir.

Bu qayğı və diqqətin nəticəsidir ki, təhsildə yüksək keyfiyyət özünü göstərir.

Göründüyü kimi gözəlləşən, abadlaşan Ağstafa sürətli inkişaf yolunu tutub. Bu yolda cənab Məhərrəm Quliyevə tükənməz enerji və yeni-yeni nailiyyətlər arzulayırıq.

Oxşar xəbərlər