Putindən Merkelə Ukrayna xahişi » Memur.az

Putindən Merkelə Ukrayna xahişi

Putindən Merkelə Ukrayna xahişiRusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefon danışığında Kerç boğazındakı hadisəni müzakirə edib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vurğulanıb ki, regionda daha bir münaqişə vəziyyətinin yaradılmasında Ukrayna rəhbərliyi tam məsuliyyət daşıyır”, - məlumatda bildirilib.

Danışıq zamanı Kiyevin Ukraynada hərbi vəziyyət elan edilməsi qərarından narahatlıq ifadə edilib. Putin Merkeldən xahiş edib ki, Berlin Kiyevə təsir edərək, Ukraynanı gələcəkdə düşünülməmiş addımlar atmaqdan çəkindirsin.

Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib.

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Don” sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar.

Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.