Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə » Memur.az

Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə

Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədəAzərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşəcəyi barədə mətbuatda yayılan məlumata münasibət bildirərək deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının belə görüşlərinin təşkili istiqamətində müvafiq iş aparırlar:

“Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir”.