Bayraq günü ilə bağlı konfrans keçirildi » Memur.az

Bayraq günü ilə bağlı konfrans keçirildi

Bayraq günü ilə bağlı konfrans keçirildiBu gün “Qafqaz Baku Sport Hotel”də “Milli kimliyimizin simvolu – Azərbaycan bayrağı” adlı konfrans keçirilib.

Oxu.Az xəbər verir ki, konfrans millət vəkilləri, QHT rəhbərləri və gənclərin iştirakı ilə baş tutub.Açılış nitqini “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun icraçı direktoru Mehman İsmayılov edib.

Sonra millət vəkili Azər Badamov üçrəngli bayrağın qürurvericiliyindən danışıb. O, Respublikamızın bölgələrində bayraq meydanlarının və muzeylərin yaradılmasının gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasında mühüm rolu olduğunu qeyd edib.