Bu kabinetlər uşaq müəssisələrindən çıxarılır - Nazir əmr verdi » Memur.az

Bu kabinetlər uşaq müəssisələrindən çıxarılır - Nazir əmr verdi

Bu kabinetlər uşaq müəssisələrindən çıxarılır - Nazir əmr verdi“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycanda şüa diaqnostikası şöbələrinin (kabinetlərin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının uşaq müəssisələrində (körpələr evi, uşaq bağçası, məktəblər) yerləşdirilməsi qadağan olunub.

Qeyd edək ki, indiyədək bu qadağa yalnız yaşayış binalarına aid olub.