Peskov Putin və İlham Əliyevin görüşünü şərh etdi » Memur.az

Peskov Putin və İlham Əliyevin görüşünü şərh etdi

Peskov Putin və İlham Əliyevin görüşünü şərh etdiRusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.

Oxu: Prezidentlər çay süfrəsində
D.Peskov deyib ki, iki ölkə arasında çoxşaxəli münasibətlər var:

“Buraya hansı məsələlərin daxil olduğunu özünüz bilirsiniz. Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə, həqiqətən, qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.