Azərbaycanda universitet bağlandı » Memur.az

Azərbaycanda universitet bağlandı

Azərbaycanda universitet bağlandıBakı İslam Universiteti fəaliyyətini dayandırıb.

Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Onun sözlərinə görə, QMİ Bakı İslam Universitetinin təsisçisi olaraq, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib:

“Qərar İlahiyyat İnstitutunun yaranması ilə bağlıdır. Həmin ixtisaslar üzrə institutda pulsuz tələbə qəbulu həyata keçirilir. Bu il universitetə qəbul olan tələbələrin İlahiyyat İnstitutuna yerləşdirilməsi haqqında müvafiq iş aparılıb”.

Rəhimə Dadaşova qeyd edib ki, digər kurslarda oxuyan tələbələr təhsillərini davam etdirəcəklər.