Tarix : 10-09-2018, 15:22 | Bölmə: siyaset

Bakı metrosu qış rejiminə keçirYaxın günlərdə “Bakı Metropoliteni” QSC qış rejiminə keçəcək.

Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıqlar davam edir:

“Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval 2 dəqiqəyə salınacaq. Nəticədə, “Həzi Aslanov-28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək.

Sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 2,5- 3 dəqiqə olacaq”.

Bəxtiyar Məmmədov qeyd edib ki, şənbə və bazar, eləcə də, bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.

Oxşar xəbərlər