Əməkdaşlıq səviyyəsi - səfirlik: Zaqreb səfərinin nəticələri - ŞƏRH » Memur.az

Əməkdaşlıq səviyyəsi - səfirlik: Zaqreb səfərinin nəticələri - ŞƏRH

Əməkdaşlıq səviyyəsi - səfirlik: Zaqreb səfərinin nəticələri - ŞƏRHXorvatiya şaxələndirilmiş iqtisadiyyatı ilə Balkan yarımadasının ən qabaqcıl ölkələrindən biridir və bu ölkə ilə əlaqələrin inkişafı Azərbaycan üçün prioritet məsələdir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya səfərinin nəticələrini şərh edən azərbaycanlı politoloq, “Cənubi Qafqaz” politoloqlar qrupunun sədri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Xorvatiya Azərbaycanın strateji tərəfdaşlıq etdiyi 10 Avropa Birliyi ölkəsindən biridir.

“Azərbaycan prezidentinin səfəri bu ölkə ilə prioritet əməkdaşlığı təsdiqlədi. Eyni zamanda, bizim üçün Azərbaycan qazının İon-Adriatik qaz boru kəməri vasitəsilə Xorvatiyaya çatdırılmasının reallaşdırılması ilə plan aktualdır. Biz kənd təsərrüfatı, dərman istehsalı, gəmiqayırma və s. sahələrdə əməkdaşlığın inkişafında maraqlıyıq”, - müsahibimiz bildirib.

O əlavə edib ki, Xorvatiya bu əməkdaşlığa eyni dərəcədə maraq göstərir.

“Xorvatiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulan məqsədlərin uğurla həyata keçirilməsinə və ölkələr arasında gələcək münasibətlərin qurulmasına mühüm töhfə olacaq”, - Vəlizadə qeyd edib.

Ekspert hesab edir ki, səfirliyin fəaliyyəti insan münasibətlərinin inkişafını stimullaşdıracaq, turizmin, iki ölkənin nümayəndələri arasında qarşılıqlı təcrübə mübadiləsinin müxtəlif fəaliyyət istiqamətlərinin inkişafına kömək edəcək.