Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən qurulan ölkə səhiyyəsi böyük mühüm nailiyyətlərə imza atıb » Memur.az

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən qurulan ölkə səhiyyəsi böyük mühüm nailiyyətlərə imza atıb

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən qurulan ölkə səhiyyəsi böyük mühüm nailiyyətlərə imza atıb























Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Neftçala Mərkəzi Rayon Xəstəxanası də belə nümunəvi tibb müəsəssidir. Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Azərbaycan Prezidentinin tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olundu.
Görülən işlər nəticəsində burada xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçilərinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Xəstəxananın baş həkimi Telman Zahidov burada çox sağlam, işgüzar mühit yaratmışdır. Səhiyyə kimi vacib xidmət sahəsində əmək intizamına ciddi əməl olunur.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən qurulan ölkə səhiyyəsi böyük mühüm nailiyyətlərə imza atıb
































Bu yaxınlarda yolumuzu Neftçala Mərkəzi Rayon Xəstəxanasından saldıq. Xəstəxananın həyətinə daxil olan kimi təmizlik, səliqə-səhman, yaşıllıq göz oxşayıdı. Şöbə və kabinetlərdə müxtəlif ixtisaslı həkimlər iş başında idilər. Xəstəxanaya əsaslı təmirdən sonra verilmiş tibbi avadanlıqlarda müxtəlif profilli xəstələri müayinə edirdilər. Komputer Tomoqrafiya, rəqəmsal rentgen, Ultrasəs müayinəsi, Ekokardioqrafiya, Elektroensefaloqrafiya və digər müayinələrdən keçən bir neçə xəstə və xəstə yaxını ilə söhbət etdik, onlara göstərilən tibbi xidmətin səviyyəsi və keyfiyyəti ilə, digər səhiyyə müəssisələrində rastlaşdığımız hər hansı bir neqativ hala rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi olaraq bu xəstəxanada əhaliyə ən yüksək səviyyədə və keyfiyyətdə tibbi xidmət göstərildiyini bildirdilər. Xəstəxananın baş həkimi Telman Zahidovdan, bütün digər həkimlərdən, orta tibb işçilərindən ağızdolusu razılıqlarını bildirdilər. Razılıq bildirilən həkimlər arasında baş həkim müavini Ramiz Əliyevin, həkim-cərrahlar tibb elmləri namizədi Yaşar Əsədov, Xəlil Bağırov, Tahir Məlikov, Fədai Salmanovun, tibb elmləri namizədi, həkim-kardioloq Mehdi Abbasovun, həkim-terapevt Cəfər Zeynalovun, həkim-pediatrlar Faiq Hüseynov, Billurə Xəlilovanın, həkim-mama-ginekoloqlar Svetlana Cəfərova, Emiliya Ağalarovanın, həkim-laborantlar Mirteyyub Səfərov və Xoşbəxt Əliyevanın adı daha tez-tez səslənirdi.
Telman Zahidov Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işlədiyi uzun illər ərzində özünü nümunəvi və səriştəli səhiyyə təşkilatçısı, peşəkar həkim, dövlətə və dövlətçiliyə sədaqətli insan kimi tanıtmışdır. Onun bu xidmətləri ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmiş, 2018-ci ilin iyun ayında Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Telman Zahidova Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə “Əməkdar həkim” fəxri adı verilmişdir. Telman Zahidovu bu münasibətlə ürəkdən təbrik edir, ona uzun ömr, can sağlığı arzulayır, əhaliyə göstərilən tibbi xidmətin daha da yüksəldilməsi işində rəhbərlik etdiyi kollektivlə birlikdə yeni və daha böyük uğurlar arzulayırıq.