İlham Əliyev - Azərbaycan polisi dövlətimizin, xalqımızın keşiyində ... » Memur.az

İlham Əliyev - Azərbaycan polisi dövlətimizin, xalqımızın keşiyində ...

İlham Əliyev - Azərbaycan polisi dövlətimizin, xalqımızın keşiyində ...




















Son illərdə yol polisinin bütün şəxsi heyətinin işinin səmərəli qurulması, yol hərəkəti təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının, qarşıda duran vəzifələrin icrası, işin daha səmərəli qurulması istiqamətində görülən tədbirlərin nəticəsidir ki, bu gün digər hüquq mühafizə orqanlarında olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində də əməkdaşların fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Daxili İşlər Nazirliyi orqanlarında maddi-texniki təchizatın yaxşılaşdırılması ilə bağlı xeyli iş görülüb, yeni texniki vasitələrin alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib.
Onu da deyək ki, son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yol infrastrukturunun yenidən qurulması, yeni yolların, körpülərin, yeraltı keçidlərin salınması yol polisi, həmçinin yol-patrul xidməti əməkdaşlarını daha məsuliyyətli olmağa, yol təhlükəsizliyini daha yüksək səviyyədə qurmağa sövq edir. Çünki ölkədə nəqliyyat vasitələrinin artması təbii olaraq yol hərəkətində problemlərin yaranmasına da səbəb olur. Dövlət yol polisinin yeni texniki vasitələrlə təmin olunması isə bu amillərin aradan qaldırılmasına hesablanıb. Şübhəsiz ki, xidmətin səmərəli yerinə yetirilməsində patrul avtomobillərinin müasirliyi böyük əhəmiyyət daşıyır. Bu da hərəkətin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə imkan verir.
Ulu Öndər Heydər Əliyevin bütün uğurların fövqündə duran məslək, milli ideya və qüdrətli məfkurə-azərbaycançılıq ideologiyası - milli-mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi sahəsində irəliləyişlərin rəhni baxımından mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar olmuş və Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
İlham Əliyev - Azərbaycan polisi dövlətimizin, xalqımızın keşiyində ...
Öz siyasi varisinin siyasi və mənəvi keyfiyyətləri haqqında müdrik sözlər deyən Ulu Öndər, onun bütün sahələrdə olduğu kimi, Azərbaycançılığın inkişafında da cənab İlham Əliyevin uğurlara imza atacağını qətiyyətlə bildirirdi.
İlham Əliyevin bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, O, fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Azərbaycana məhz belə siyasətçi gərəkdir. Bütün bunlar səmərəli işləməyi, qayda-qanunu bərqərar etməyi və hələ bir çox həll edilməmiş problemləri olan ölkədə müasir dövlət və cəmiyyət qurmağı öyrənməyə imkan verəcəkdir.
İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərini istisna etmir. Bizim şəraitimizdə bu, götür-qoy edilmiş yoldur. Zəif cəmiyyətdə malik güclü demokratik dövlət ola bilməz. Dövlət maşınını ətalətdən, dövlət aparatını durğunluqdan, şəxsiyyəti isə hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyəti isə mükəmməl həyatı qoruya bilər.
“Güclü dövlət” və “dövlətin modernləşdirilməsi” - İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi, bax, bunlardır. Bunlara, məsələn, Prezident İlham Əliyevin xəttinə - güclü dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür tərzinin formalaşdırılmasına sadiqlik kimi daha bir mühüm ideyanı da əlavə etmək olar”.
Heydər Əliyev məktəbinin ləyaqətli yetirməsi İlham Əliyev ağlı, idrakı, mənliyi, tolerantlığı, humanistliyi, təşkilatçılığı vətənpərvərliyi özünə böyük nüfuz qazandırmışdır.
Artıq Azərbaycan cəmiyyəti İlham Əliyevi vətənpərvər bir insan kimi, həqiqi vətəndaş kimi, güclü bir siyasətçi kimi gələcəyin lideri hesab edir. Təsadüfi deyildirki, İlham Əliyev barədə formalaşan fikirlərində və rəylərdə də onun həqiqi cəmiyyət adamı olması, insanları öz arxasınca aparmaq qabiliyyətinə malik olması haqqında realıqlar ifadə olunur. Onun qısa zaman ərzində fəaliyyətinə nəzər salsaq, əmin ola bilərik ki, gələcək siyasi perspektivlərdə İlham Əliyev ölkənin həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymaq və milli dəyərlərinə sıx bağlı olan müasir Azərbaycanın inkişaf prosesinə təkan verərək, onu davam etdirmək gücündədir. Onun Yeni Azərbaycan Partiyasının sosial dayaqlarının möhkəmləndirilməsində stimullaşdırıcı amil funksiyasını yerinə yetirən siyasi imici bunu qətiyyətlə söyləməyə əsas verir ki, İlham Əliyevmüasir Azərbaycan siyasətində özünəməxsus yeri olan nadir siyasət adamlarından biridir.”
Sevindirici hal odur ki, ümummilli sabahlarımızın layiqli lideri kimi yetişən İlham Əliyev bütün sahələrdə - siyasətdə, diplomatiyada, dövlətçilik səriştəsində olduğukimi, canlı nitqlərində də atası Heydər Əliyevin layiqli davamçısı, həqiqi varisidir... Bir daha qeyd etmək istərdim ki, İlham Əliyev Heydər Əliyevin həyat, siyasət,diplomatiya, dövlətçilik, bütövlükdə, Azərbaycançılıq universitetlərini bitirib, özü də hamıdan yüksək səviyyədə, necə deyərlər, bu sahədə heç kimin ala bilmədiyi fərqlənmə diplomu ilə bitirib. Elə buna görə, dünyada yaşayan əlli milyon azərbaycanlı içərisində daha çox İlham Əliyevin Heydər Əliyevin davamçısı, varisi olmağahaqqı varOna görə Azərbaycan cəmiyyəti sabahkı günə işıqlı bir ümidlə baxır və şübhə etmir ki, bu gün Heydər Əliyev ailəsi kimi möhtəşəm bir nəslin varisi olan, siyasi və ideoloji haqqı qazanan İlham Əliyev XXI əsrin siyasi lideri olacaq və müstəqil dövlətçiliyimizin zəminində yaranmış bu günkü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəkdir.

Ramiz Zeynalov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru