İsmayıllıya yeni prokuror təyin edilib » Memur.az

İsmayıllıya yeni prokuror təyin edilib

İsmayıllıya yeni prokuror təyin edilibİsmayıllıya yeni prokuror təyin edilib.

APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifova İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

T. Yusifov buna qədər baş prokurorun böyük köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib. Ü. Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.

Memur.az