Qırmızı dənizdə hücum: Neftin qiyməti artdı » Memur.az

Qırmızı dənizdə hücum: Neftin qiyməti artdı

Qırmızı dənizdə hücum: Neftin qiyməti artdıCümə axşamı dünya bazarlarında neftin qiyməti artıb.

Oxu.Az xəbər verir ki, Yəməndəki husilərin Səudiyyə Ərəbistanına məxsus iki tankerə hücum etməsindən sonra Ər-Riyad rəhbərliyinin Bab-əl-Məndəb boğazından neftin idxalını dayandırması ilə bağlı qərarı “qara qızıl”ın qiymətinə təsir edib.

Belə ki, London birjasında neftin bir barelinin qiyməti 0,41 dollar artaraq (0,55 %) 74,34 dollara çatıb.

WTI neftinin bir bareli 0,07 dollar (0,1 %) bahalaşaraq, 69,37 dollara satılıb.

Yəməndə silahlı münaqişə 2014-cü ilin martından bəri davam edir. Yəmən prezidenti Əbd Rabo Mənsur Hadinin ordusu husilərə qarşı mübarizə aparır.

Memur.az