Erməni nazir Yerevanın Bakıdan qorxduğunu etiraf etdi » Memur.az

Erməni nazir Yerevanın Bakıdan qorxduğunu etiraf etdi

Erməni nazir Yerevanın Bakıdan qorxduğunu etiraf etdiErmənistanı bir müddət öncə Bakıdakı hərbi paradda nümayiş etdirilən texnikalar və silahlar narahat edir.

Oxu.Az xəbər verir ki, bu fikirləri “EADaily” agentliyinə müsahibəsində Ermənistan müdafiə naziri David Tonoyan deyib.

O əlavə edib ki, narahatlıq göstərilən hərbi texnikaların bacarığı ilə deyil, çox güman ki, onun alınması şərtləri ilə bağlıdır.

Onun sözlərinə görə, Ermənistanın narahatlığı üçün əsas mənbələrdən biri Türkiyə və Azərbaycan arasında hərbi alyansdır.

“Bu alyansın siyasəti Ermənistanın milli təhlükəsizlik maraqlarına qarşı yönəlib. Şübhəsiz ki, Azərbaycanın aşkar şəkildə Ermənistanı müharibə ilə təhdid etməsi, Türkiyənin isə Bakının niyyətlərini həyata keçirmək üçün bütün yardımı göstərdiyini nəzərə alsaq, bu iki ölkənin əməkdaşlığı bizim üçün təhlükədir.

2008-ci ildə Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün cəhd etdi, ancaq heç Ankaranın cavabını gözləmədi. Proses Türkiyənin rəhbərliyi tərəfindən irəli sürülən şərtlər səbəbi ilə dayandırıldı.

Türkiyə ikitərəfli əlaqələrin tənzimlənməsi məsələsini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birləşdirməyə davam edir”, - Tonoyan deyib.

Erməni nazir müsahibəsində bildirib ki, Yerevan Qarabağda mümkün hərbi əməliyyatlara hazırlaşır.

Memur.az