Tacikistan prezidenti Azərbaycana gələcək » Memur.az

Tacikistan prezidenti Azərbaycana gələcək

Tacikistan prezidenti Azərbaycana gələcəkTacikistan prezidenti Emoməli Rəhmon bu ilin avqustunda Azərbaycan, Özbəkistan və Türkmənistana səfər edəcək.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Aziz-Plyus” Tacikistan hökumətinə istinadla məlumat yayıb.

Məlumata görə, tacik prezident Bakıya azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə gələcək.

Azərbaycana səfərinin yekunlarına dair sazişlərin və müqavilələrin yeni paketinin imzalanması nəzərdə tutulur.

Rəhmonun səfərlərinin dəqiq tarixləri hələlik açıqlanmayıb.

Memur.az