Payızda İlham Əliyev və Paşinyan arasında görüş olacaq - ŞƏRH » Memur.az

Payızda İlham Əliyev və Paşinyan arasında görüş olacaq - ŞƏRH

Payızda İlham Əliyev və Paşinyan arasında görüş olacaq - ŞƏRHYaranmış vəziyyəti nəzərə alaraq, Kreml yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə çalışacaq.

Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.

Onun proqnozlarına görə, görüş payızda baş tutacaq:

“Unutmayaq ki, avqustun 30-da İlham Əliyev Moskvaya səfər edəcək və burada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Paşinyanla gözlənilən təkbətək görüş ərəfəsində Kremldə söhbət xüsusi məna kəsb edəcək”, - o deyib.

Politoloqun fikrincə, İlham Əliyev Paşinyanı dinləyəcək, ancaq əgər Ermənistan rəhbəri birinci görüşdə konstruktivlik göstərməsə, növbəti görüşə ehtiyac qalmayacaq.

“Ümumiyyətlə diplomatiyanın arxa plana keçdiyi və ordunun yeni strateji hədəfləri olduğu halda qarşı tərəflə mənasız görüşlərə ehtiyac yoxdur”, - politoloq qeyd edib.

Memur.az