Nazir müavini: IX sinif şagirdlərinin imtahan nəticələri yaxşılaşıb » Memur.az

Nazir müavini: IX sinif şagirdlərinin imtahan nəticələri yaxşılaşıb

Nazir müavini: IX sinif şagirdlərinin imtahan nəticələri yaxşılaşıb2017/2018-ci ilin tədris ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 4,75 % yaxşılaşıb.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, hazırda buraxılış imtahanlarının nəticələrinin təhlil prosesinə başlanılıb:

“Ümumilikdə əvvəlki dərs ili ilə müqayisədə ötən il daha yaxşı nəticələr əldə edilib. Ötən dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 4,75% yaxşılaşıb”.

Memur.az