Öhdəlikləri artan “Azəristiliktəchizat”ın zərəri açıqlandı » Memur.az

Öhdəlikləri artan “Azəristiliktəchizat”ın zərəri açıqlandı

Öhdəlikləri artan “Azəristiliktəchizat”ın zərəri açıqlandı2017-ci ildə “Azəristiliktəchizat” ASC-nin cəmi aktivləri azalıb.

Oxu.Az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu il yanvarın 1-nə ASC-nin cəmi aktivləri 182,288 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır.

Hesabat dövründə “Azəristiliktəchizat”ın cəmi öhdəlikləri 98,578 milyon manata çatıb. Bunun 10,937 milyon manatı ötən il yaranmış uzunmüddətli öhdəliklər, 87,641 milyon manatı isə qısamüddətli öhdəliklərdir. Beləliklə ASC-nin ödəlikləri 12,3% artıb.

İl ərzində səhmdar cəmiyyətinin cəmi kapitalı isə 19% azalaraq, 83,709 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,1 dəfə artaraq, 136,685 milyon manat olub. “Azəristiliktəchizat” 2017-ci ili 18,825 milyon manat xalis zərərlə başa vurub.

Memur.az