İlham Əliyev Nazarbayevi təbrik etdi » Memur.az

İlham Əliyev Nazarbayevi təbrik etdi

İlham Əliyev Nazarbayevi təbrik etdiAzərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Oxu.Az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı “Akorda” radiostansiyası məlumat verib.

Təbrikdə deyilir:

“Dövlətçiliyin möhkəmləndirilməsi, ölkələrimizin sosial-iqtisadi yüksəlişi, onun nüfuzunun günü-gündən artması Sizin liderliyinizin, ağıllı və uzaqgörən siyasətinizin nəticəsidir.

Ölkələrimiz arasındakı əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfəniz əvəzolunmazdır. Əminəm ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Qazaxıstan dostluğu və əməkdaşlığı gələcəkdə də xalqlarımızın maraqlarına xidmət edəcək”.

N.Nazarbayev 1940-cı il iyulun 6-da Qazaxıstan SSR-in Almatı vilayətinin Çemolqan kəndində doğulub.

Memur.az