Paşinyan orduya müharibəyə hazırlıq əmri verdi » Memur.az

Paşinyan orduya müharibəyə hazırlıq əmri verdi

Paşinyan orduya müharibəyə hazırlıq əmri verdiErmənistan baş naziri Nikol Paşinyan ölkəni Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb.

Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Ermənistan baş naziri bu fikirləri erməni jurnalistlərlə görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.

“Biz artıq demişik ki, Azərbaycan tərəfinin bəyanatına əsasən, sərhəddə genişmiqyaslı təlimlər keçiriləcək.

Düşünürəm ki, bizim silahlı qüvvələrimiz istənilən ssenariyə hazır olmalıdırlar və bununla bağlı əmr vermişəm”, - baş nazir bildirib.

Memur.az