Sabiq nazir Türkiyəyə aparılıb » Memur.az

Sabiq nazir Türkiyəyə aparılıb

Sabiq nazir Türkiyəyə aparılıbAzərbaycanın sabiq vergilər naziri Fazil Məmmədov Türkiyəyə aparılıb.

Oxu.Az-ın məlumatına görə, sabiq nazirin Türkiyə aparılması barədə təfərrüat məlum olub.

Fazil Məmmədov bir ay Gəncə Beynəlxalq Hospitalında müalicə alıb və bir neçə gün əvvəl Türkiyədə xəstəxanaların birinə yerləşdirilib.

Hospitalından Oxu.Az-a bildirilib ki, sabiq nazir artıq bir müddətdir xəstəxanadan çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, Fazil Məmmədov 1986-cı ildə Çernobıl faciəsi zamanı ora yardıma gedənlər arasında olub. Bədənində radioaktiv şüalarla bağlı problem yaranıb. Bu xəstəliklə bağlı uzun illər Almaniyada müalicə alıb.

Qeyd edək ki, sabiq nazirin Türkiyə aparılması barədə ilk məlumatı unikal.org saytı yayıb.

Memur.az