Qarabağ işğalçılarının daha bir lideri tutuldu - YENİLƏNİB » Memur.az

Qarabağ işğalçılarının daha bir lideri tutuldu - YENİLƏNİB

Qarabağ işğalçılarının daha bir lideri tutuldu - YENİLƏNİBErmənistanın sabiq deputatı, Respublika Partiyasının üzvü Arakel Movsisyan (Şmays) azad edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı erməni KİV Ayqek kəndinin nümayəndəsi Varujan Abramyana istinadla məlumat yayıb.

11:39

Ermənistanın Respublika Partiyasının üzvü, parlamentin sabiq deputatı Arakel Movsisyan (Şmays ləqəbi ilə tanınır) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az erməni mətbuatına istinadla xəbər verir ki, bu faktı Armavir vilayətinin Ayqek kəndinin nümayəndəsi təsdiqləyib:

“Şmays bu kənddə yaşayır və dünən Ermənistan MTX-nin əməkdaşları burada axtarış işləri aparıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməliyyatı iki saat davam edib, daha sonra əməliyyatçılar sabiq deputatı özləri ilə aparıb”.

Axtarış işlərinin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, A,Movsesyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında yaxından iştirak edib. 2004, 2007, 2011-ci illərdə Ermənistan parlamentinin deputatı olub.

Memur.az