Samir Şərifov: Azərbaycan əlavə yarım milyard qazanacaq » Memur.az

Samir Şərifov: Azərbaycan əlavə yarım milyard qazanacaq

Samir Şərifov: Azərbaycan əlavə yarım milyard qazanacaqNeftin qiymətinin 10 dollar artırılması nəticəsində Dövlət Neft Fonduna (DNF) daxilolmaların həcmi artacaq.

Oxu.Az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır.

O qeyd edib ki, neftin qiymətinin artması ilə bağlı DNF-ə daxilolmaların təxminən 5 milyard 16 milyon manat təşkil edəcəyi gözlənilir.

Memur.az