Ekspert: Putin Əliyevi Paşinyanla tanış etməyə çalışacaq » Memur.az

Ekspert: Putin Əliyevi Paşinyanla tanış etməyə çalışacaq

Ekspert: Putin Əliyevi Paşinyanla tanış etməyə çalışacaqRusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanı tanış etməyə çalışacaq.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Kaspi-Avrasiya” beynəlxalq və ictimai-siyasi araşdırmalar mərkəzinin rəhbəri, tarix elmləri namizədi Andrey Sızranov deyib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı hazırda Rusiyada səfərdədir. Səfər zamanı liderlər futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcəklər.

“Çox güman ki, Putin Əliyevlə Paşinyanı tanış edəcək”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, bu, Cənubi Qafqazdakı vəziyyəti, seçkilərin nəticələrini, Rusiyanın Azərbaycan və Ermənistanla strateji əməkdaşlığını möhkəmləndirmək istəyini, o cümlədən Qarabağ və digər problemləri müzakirə etmək üçün yaxşı şansdır.

“Ola bilsin ki, Əliyevlə Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı konvensiyanın imzalanması məsələsini müzakirə edəcək”, - ekspert deyib.

Memur.az