Ekologiyanı çirkləndirən Goranboy sakini cərimələndi » Memur.az

Ekologiyanı çirkləndirən Goranboy sakini cərimələndi

Ekologiyanı çirkləndirən Goranboy sakini cərimələndiEkologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Araşdırma zamanı tullantıların əraziyə rayon sakini Şahin Arazov tərəfindən atıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxs qismində 500 manat məbləğində cərimə edilib.

Qısa vaxt ərzində tullantıların ərazidən təmizlənməsi üçün Ş.Arazova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Memur.az