Millət vəkili Olimpiada qaliblərinin imtahansız qəbuluna etiraz etdi » Memur.az

Millət vəkili Olimpiada qaliblərinin imtahansız qəbuluna etiraz etdi

Millət vəkili Olimpiada qaliblərinin imtahansız qəbuluna etiraz etdiOlimpiadada qalib gələnlər elə imtahan verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun.

Oxu.Az xəbər verir ki, bunu millət vəklili Asim Mollazadə deyib.

O, parlamentin sonuncu növbədənkənar iclasında “Təhsil haqqında” qanuna edilən dəyişiklər arasında Olimpiada qaliblərinə güzəşt hüququnun verilməsini düzgün hesab etmədiyini bildirib.

Bu haqda məlum müzakirələr zamanı etirazını bildirdiyini deyən millət vəkili qeyd edib ki, imkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir.

O qeyd edib ki, sovet vaxtı universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr baş verirdisə, bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik:

“Təkcə varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları da Azərbaycanda universitetlərə daxil ola bildi.

Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar. İmkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır”.

Onun fikrincə, tələbə qəbulu imtahanları isə Azərbaycanda məhz imkansız və savadlı uşaqların ali təhsil alması üçün qapı açan bir sistemdir.

Memur.az