Paşinyan bağlı qapılar arxasında Putindən nə xahiş edəcək? - ŞƏRH » Memur.az

Paşinyan bağlı qapılar arxasında Putindən nə xahiş edəcək? - ŞƏRH

Paşinyan bağlı qapılar arxasında Putindən nə xahiş edəcək? - ŞƏRHQoşunların təmas xəttində Azərbaycanın hərbi üstünlüyü, ölkəyə Belarus və İsraildən raket komplekslərinin gətirilməsi, TANAP kimi böyük iqtisadi layihələrin açılışı ərəfəsində Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfəri zamanı Moskvadan kömək istəyə bilər.

Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi analitik, “3rd View” analitik- informasiya agentliyinin baş direktoru Rauf Rəcəb deyib.

“Mümkündür ki, bağlı qapılar arxasında Paşinyan Rusiya prezidenti Vladimir Putindən Kremlin təkcə Ermənistanın təhlükəsizliyinin təminatçısı olduğunu deyil, bu məsələ ilə bağlı açıq şəkildə mövqeyini açıqlamağı xahiş etsin”, - analitik qeyd edib.

Onun sözlərinə görə, bununla Moskva mürəkkəb vəziyyətdə qalır.

“Hamıya məlumdur ki, Qarabağ münaqişəsi de-yure danışıqlar prosesindədir. Faktiki olaraq isə, bu, sabitdir. Buna görə düşünürəm ki, Azərbaycanla münasibətləri gərginləşdirmək Rusiyaya sərf edir. Ancaq, digər tərəfdən, Moskva Ermənistan qarşısında əl-ayağı bağlı kimi görünür. Ona görə Rusiyada Paşinyanla keçirilən görüşdən sonra Putinin nə edəcəyi çox maraqlıdır”, - o deyib.

Ekspert bildirib ki, liderlərin görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlamasından sonra Paşinyanın məqsədinə nə dərəcədə nail olduğu aydınlaşacaq.

“Fikrimcə, Putin erməni baş nazirlə birgə bəyanat yayacaq. Bu isə o deməkdir ki, görüşdə heç bir razılıq əldə edilməyib və bu, Paşinyanın növbəti uğursuz səfəridir”, - Rəcəbov bildirib.

Qeyd edək ki, Paşinyan növbəti həftə Moskvaya səfər edəcək.

Memur.az