Lukaşenko İlham Əliyevi təbrik etdi » Memur.az

Lukaşenko İlham Əliyevi təbrik etdi

Lukaşenko İlham Əliyevi təbrik etdiBelarus prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar təbrik edib.

Oxu.Az Belarus prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Aleksandr Lukaşenko Belarus-Azərbaycan əlaqələrinin ötən illər ərzində davamlı strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatdığını bildirib.

“Hər iki dövlət bir çox sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir və əsas beynəlxalq məsələlər üzrə həmrəy mövqe tutur. Birgə səylər nəticəsində möhkəm iqtisadi əməkdaşlığın təməli qoyulub və sənaye sahəsində bir sıra layihələr həyata keçirilir”, - təbrikdə deyilir.

Lukaşenko əmindir ki, Belarus və Azərbaycan arasındakı münasibətlər bundan sonra da xalqların rifahı üçün daha sürətlə inkişaf edəcək.