Tarix : 9-06-2018, 15:21 | Bölmə: siyaset, medeniyyet

Nərgiz Paşayeva beynəlxalq mükafata layiq görüldü“Birlik ulduzları” dövlətarası mükafatlandırma şurası incəsənət, elm və təhsil sahələri üzrə 2017-ci il laureatlarının adlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Münsiflər heyətinin qərarına əsasən mükafatlar səkkiz şəxsə layiq görülüb”, -deyə məlumatda qeyd olunur.

İncəsənət sahəsininin laureatları skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan) və bəstəkar Stepan Şakaryan (Ermənistan) olub.

Elm sahəsi üzrə isə filoloq Nərgiz Paşayeva (Azərbaycan), ədəbiyyatşünas Abdıldacan Akmataliyev (Qırğızıstan) və fizik İon Bostan (Moldova) mükafatlandırılıb.

Təntənəli mükafatlandırma mərasimi 19-20 iyunda Astanada baş tutacaq.

Memur.az

Oxşar xəbərlər