Nazirlik: Tibb işçiləri çatanda xəstə vəfat etmişdi » Memur.az

Nazirlik: Tibb işçiləri çatanda xəstə vəfat etmişdi

Nazirlik: Tibb işçiləri çatanda xəstə vəfat etmişdiTovuzda tibb işçilərinin döyülməsilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Bu barədə Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, ötən gecə saat 22.23-də rayonun İbrahimhacılı kəndindən təcili tibbi yardıma çağırış gəlib:

“Tibb işçiləri çağırış yerinə gecikməyiblər. Saat 22.33-də artıq ünvanda olublar. Onlar çatanda xəstə artıq keçinib. Bu zaman mərhumun yaxınları əməkdaşlarımızı döyüblər.

Həkim Eldar Abdıyev, tibb bacısı Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirov xəsarət alıblar”.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Memur.az