Zakir Həsənov NATO-nun toplantısına gedir » Memur.az

Zakir Həsənov NATO-nun toplantısına gedir

Zakir Həsənov NATO-nun toplantısına gedirİyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.

Müdafiə nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycanı toplantıda müdafiə naziri, general-polkovnik, Zakir Həsənov təmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

Memur.az