Baş direktor: Yekun investisiya qərarı qəbul ediləcək » Memur.az

Baş direktor: Yekun investisiya qərarı qəbul ediləcək

Baş direktor: Yekun investisiya qərarı qəbul ediləcəkİlin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinin investisiya qərarının qəbul olunması gözlənilir.

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A.Ş”-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib.

“İşlərin ilin sonuna kimi yekunlaşması gözlənilir. Gələn ilin I rübündə yekun investisiya qərarını qəbul etməyə hazırlaşırıq. BP və “Axens” şirkətlərindən lazımi lisenziyalar alınıb.

Yeni kompleksdən, əlavə bir milyon ton Saf Tereftal Turşusu (PTA) və polipropilen istehsalı planlaşdırılır”, - Z.Qəhrəmanov yeni layihənin mühəndislik işlərindən danışarkən qeyd edib.

Memur.az