İlham Əliyev iki nəfərə “Dostluq” ordeni verdi » Memur.az

İlham Əliyev iki nəfərə “Dostluq” ordeni verdi

İlham Əliyev iki nəfərə “Dostluq” ordeni verdiPrezident İlham Əliyev Strahan Edvard Corc Dankanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Strahan Edvard Corc Dankan “Dostluq” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Vud Endryu Marli “Dostluq” ordeni ilə təltif edilsin.

Memur.az