Xəzərdə təhlükəsiz gəmiçilik Tehranda müzakirə olunacaq » Memur.az

Xəzərdə təhlükəsiz gəmiçilik Tehranda müzakirə olunacaq

Xəzərdə təhlükəsiz gəmiçilik Tehranda müzakirə olunacaqSabah Tehranda Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi sahəsində əməkdaşlıqla bağlı sammiti keçiriləcək.

Oxu.Az İRNA-ya istinadla xəbər verir ki, sammit iki gün davam edəcək.

İranın Liman və Yükdaşıma Təşkilatının rəhbəri Əli Əkbər Marzban bildirib ki, təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün dənizdə axtarış və xilasetmə mexanizminin effektivliyinin artırılması, gəmilərə nəzarət üçün hüquqi imkanlardan istifadə edilməsi sammitin gündəliyinə daxil ediləcək.

Memur.az