Səfər Mehdiyev: Yaxında sahibkarlar üçün yeni xidmətlər tətbiq ediləcək » Memur.az

Səfər Mehdiyev: Yaxında sahibkarlar üçün yeni xidmətlər tətbiq ediləcək

Səfər Mehdiyev: Yaxında sahibkarlar üçün yeni xidmətlər tətbiq ediləcəkYaxın günlərdə sahibkarlar üçün dörd yeni xidmət tətbiq ediləcək. Bu yaxınlarda sahibkarların idxal etdikləri mallar sərhədə çatarkən hər bir sahibkara SMS vasitəsilə operativ məlumat ötürüləcək.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, sahibkarlara ödəyəcəkləri vergilərin nə qədər olacağı ilə bağlı qabaqcadan SMS məlumatlar veriləcək ki, bu da ticarətin asanlaşdırılması, sahibkarların bəzən günlərlə gömrük anbarlarında olan yüklərinin gömrük rəsmiləşdirilməsini sürətləndirilməsinə təkan verəcək.

S.Mehdiyev Dövlət Gömrük Komitəsinin ictimaiyyət və sahibkarlar ordusu ilə birgə şəbəkələrin qurulması və sahibkarlar üçün bütün informasiyalarla bağlı elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində geniş konfrans keçirəcəyini vurğulayıb:

“Bu konfransda sahibkarların təklifləri və gömrük orqanlarından gözlədikləri xidmətlər öyrəniləcək. Biz isə o xidməti göstərməyə hazır olacağıq. Sahibkarları dəstəkləyirik və sahibkarların xidmətindəyik”.

Memur.az