İnam Kərimovdan yeni - TƏYİNAT » Memur.az

İnam Kərimovdan yeni - TƏYİNAT

İnam Kərimovdan yeni - TƏYİNATİnam Kərimovdan yeni - TƏYİNATKənd təsərrüfatı naziri İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (TETİ) yeni inzibati binası və laboratoriyaları, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri ilə görüşən nazir onlara öz tapşırıq və tövsiyələrini verib.

İ.Kərimov qeyd edib ki, institutların tədqiqatları ölkənin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.

Bundan sonra institutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.

Memur.az