Əli Həsənovun açıqlaması Misir mediasında » Memur.az

Əli Həsənovun açıqlaması Misir mediasında

Əli Həsənovun açıqlaması Misir mediasında

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinə dair açıqlaması Misirin nüfuzlu media orqanlarında geniş işıqlandırılıb.

Azərbaycanın Misirdəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ölkənin Yaxın Şərq Xəbərlər Agentliyi də daxil olmaqla 10-dan çox media orqanı Ə. Həsənovun açıqlamasına geniş yer ayırıb.

Qeyd edək ki, Ə. Həsənov “Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamənin Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, I Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərar olduğunu qeyd edib: “Bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə doğurmur”.