2018-ci ilin birinci rübündə Ağsu rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib » Memur.az

2018-ci ilin birinci rübündə Ağsu rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib

2018-ci ilin birinci rübündə Ağsu rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib






















Ağsu rayonunda 2018-ci ilin ilk üç ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında qeyd edilmişdir ki, ümumi məhsul buraxılışının həcmi 31 milyon 60,2 min manat, adambaşına düşən ümumi məhsul buraxılışı isə 391,1 manat olub. Bu göstəricilər ötən ilin həmin dövrü ilə müqayisədə müvafiq olaraq 17,2 və 18,1 faiz çoxdur.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin hesabat məruzəsində, eləcə də çıxışlarda ümumi məhsul buraxılışında aqrar sektorun xüsusi çəkisi diqqətə çatdırılıb. Vurğulanıb ki, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı üzrə bütün göstəricilər artıqlaması ilə yerinə yetirilib. Süni mayalama yolu ilə alınan hər buzova görə subsidiyanın verilməsi cins heyvanların baş sayının artırılmasına və bu sahəyə marağın güclənməsinə səbəb olub. Bu ilin birinci rübündə süni mayalama yolu ilə alınan buzov sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 baş çox olub.
2018-ci ilin birinci rübündə Ağsu rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib
Qeyd edilib ki, rayonda 32 min 323,8 hektar sahədə taxıl əkilib və bütün əkinlərə aqrotexniki qulluq göstərilir. Habelə 56 hektarda dənli və paxlalı bitkilər, 46,6 hektarda yonca, 89 hektarda şəkər çuğunduru, 153,2 hektarda kartof, 250 hektarda sarımsaq və sair bitkilər əkilib. Beş hektarda müasir tələblərə cavab verən, yeni texnologiyalar əsasında istixana kompleksi tikilərək istifadəyə verilib. Daha 6 hektarda bu cür kompleks tikilir.
Cari mövsümdə rayonda 2600 hektarda pambıq əkini nəzərdə tutulub. Bu məqsədlə 19 inzibati ərazi dairəsində 167 nəfər istehsalçı ilə müqavilə bağlanılıb. Artıq sahələr səpinə tam hazırdır.
Məruzə və çıxışlarda təhsil, səhiyyə sahələrində görülən işlər, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi və təbii qazla normal təminatı, su təchizatı sahələrində görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən də danışılıb.


Ənvər Qasım oğlu Seyidəliyev
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı